16:25
(077) 610-22-33

Orucu pozmanın cəzası 61 gündür?

  • >
3 454 29 May 2017 16:17 | Cəmiyyət

Oruc tutarkən insanları maraqlandıran mövzulardan biri də orucu pozmanın cəzasının nə olduğudur. Bəzi iddialar vardır ki, güya bu cəza 61 günə bərabərdir.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, oruc Ramazan ayında tutulur. Yəni, bir adam mən Ramazan ayının uzun günlərində Ramazanda oruc tutmayım, sonra qışda qısa günlərdə orucu tutaram deyə bilməz. Bu halda Ramazan orucu tutulmamış sayılır. Ancaq, belə ki, Bəqərə surəsi 184-cü ayədə orucun sayılı günlərində xəstəlik və ya səfər kimi bir vəziyyət yaranarsa tutula bilməyən orucların, tutulmadığı günün sayı qədər başqa gündə tutulması ifadə edilir. Ümumiyyətlə Ramazanda xəstəlik və ya səfər vəziyyəti yaranarsa, yəni, oruc tutmağa mane ola biləcək bir vəziyyətdə tutula bilməyən orucun sayı qədər başqa günlərdə oruc tutulur.

“Oruc pozulduqda bunun cəzası 61 gündür” kimi yayılan iddialar Qurandan qaynaqlanan bir iddia deyil. Oruc tutan zaman yeməkdən, içməkdən və cinsi əlaqədən uzaq durmaq kimi bir sıra qadağalar vardır.

Oruclu olan adam bunlardan birini bilərək və ya bilməyərək edərsə, o günkü orucu batil olur. Ancaq, insan gün uzun olduğu üçün orucunu tamamlamırsa, ona görə su içirsə, yemək yeyirsə və orucunu başqa vaxta saxlayırsa bu qəza sayılır.

Müəyyən səbəblərdən bir insan orucu tuta bilmirsə, bunun cəzası neçə gün tutmayıbsa o qədər gün başqa günlərdə oruc tutmasıdır. Yəni 1 günə qarşılıq bir gün, 2 günə qarşılıq iki gündür. Bir gün tutulmayan və ya pozulan orucun cəzası 61 gün deyil.

AzNews.az

Top xəbərlər
Bağla X