08:21
(077) 610-22-33

Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır - Səbəb

  • >
869 30 May 2017 13:31 | Cəmiyyət

İyul ayından etibarən uşaqların məktəbdə davamiyyəti barədə valideynlərə SMS-bildirişlərin verilməsi xidməti müvəqqəti dayandırılacaq.

Bu barədə özəl olaraq Trend-ə "Mobile Solutions&Marketing Technologies" şirkətindəki mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, xidmət yay tətili ilə əlaqədar dayandırılır.

Mənbə bildirib ki, məktəblərdə tədris ili iyunun 14-ü başa çatsa da, yekun imtahanların qiymətləri də elektron gündəliyə yazılacaq:

“Bununla əlaqədar olaraq xidmət iyunun sonunadək aktiv olacaq. Daha sonra xidmət yeni tədris ilinin başlanğıcınadək dayandırılacaq”.

AzNews.az

Bağla X