01:53
(077) 610-22-33

Rüşvət üstə saxlanılan kollec direktoru niyə işdən azad edilməyib?

  • >
455 12 Fevral 2013 14:50 | Cəmiyyət

“İSTİNTAQDAN SONRA ONUN VƏZİFƏSİNDƏ QALIB-QALMAYACAĞI BİLİNƏCƏK”


Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Mübariz Əhmədov vəzifəsindən çıxarılmayıb. Direktor hələlik vəzifəsindən kənarlaşdırılıb və onu hazırda müavini əvəz edir. Bu barədə məlumatı AzNews.az-a açıqlamasında Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev verib.

Şöbə müdirinin sözlərinə görə, belə bir qərar Əmək Məcəlləsinin tələbinə əsasən qəbul edilib:

"İstintaq davam etdiyinə görə, Mübariz Əhmədov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb. İstintaqın nəticəsindən asılı olaraq onun vəzifəsində qalıb-qalmayacağı ilə bağlı məsələyə baxılacaq".

Qeyd edək ki, M. Əhmədovla bərabər kollecin qiyabi şöbənin müdiri İlqar Əzizov, şöbənin metodisti Şahin Mirzəhmətov və direktorun sürücüsü də həbs olunub.

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X