15:20
(077) 610-22-33

Gülər Əhmədova nənəsinin erməni olduğunu belə etiraf etdi

  • >
286 12 Fevral 2013 15:15 | Cəmiyyət

Sabiq millət vəkili Tağı Əhmədova cavab verdi


Eks–millət vəkili Gülər Əhmədova Bakı Metropolitenin rəisi Tağı Əhmədovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Moderator.az saytına verdiyi qısa açıqlamada Gülər Əhmədova Tağı Əhmədovun bu fikirlərindən ciddi təəssüf hissi keçirdiyini bildirdi:

"Yıxılana balta çalan çox olar. Bildirim ki, ulu öndər Heydər Əliyevin 2001-ci ildə mənə verdiyi evdə yaşayıram. YAP-dan çıxarılsam da heç vaxt əqidəmi dəyişən deyiləm və öləndə də Heydər Əliyevçi kimi öləcəm, bundan kimsənin şübhəsi olmasın. Tağı Əhmədovun məntiqiylə yanaşsaq, onda Bakıda 20 yanvar qırğınlarını törətmiş ruslarla qohum olanların da uşaqlarına yüksək vəzifə vermək olmaz. Hər kəs dediyimidən nəticə çıxara bilər".

AzNews.az
Bağla X