Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb. Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

Xarici turlar bahalaşıb- Rəsmi

Cari ilin may ayında ölkədən kənara istirahət turları 4,5% bahalaşıb, daxili turların qiymətləri isə sabit qalıb.

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xaricə turların qiymətlərində yanvarda 0,1% artım, fevralda 2,5% azalma, martda 5,9% artım və apreldə 11,7% azalma qeydə alınıb. Ölkə daxilində turlar isə yanvarda 1,3% bahalaşsa da, daha sonra qiymətlər sabit qalıb.

Rəsmi statistikaya əsasən cari ilin may ayında xaricə istirahət turlarının orta aylıq qiyməti 470,89 manat, ölkə daxili turların qiymətləri 296,71 manat təşkil edib.