05:21
(077) 610-22-33

Gülər Əhmədovanın mülkləri müsadirə olunur - SİYAHI - EKSKLÜZİV

  • >
364 13 Fevral 2013 22:49 | Cəmiyyət

Müsadirə ediləcək əmlakın dəyəri AzNews.az-da


Bu gün barəsində 2 aylıq həbs qəti-imkan tədbiri seçilən sabiq millət vəkili Gülər Əhmədova barəsində daha bir sensasion məlumat əldə etmişik.

AzNews.az-ın əldə etdiyi məlumata görə, məhkəmənin hökmündən dərhal sonra Gülər Əhmədovanın mülklərinin müəyyənləşməsi və nəzarətdə saxlanması, eləcə də onlarda müəyyən axtarışların aparılması üçün əməliyyat qrupları yaradılıb.

Qeyd edək ki, istintaq dövründə təqsirli bilinən şəxsin əmlakının özgəninkiləşdirilməsinin qarşısı alınmaq üçün onlara həbs qoyulur və bu əmlakın hansı yolla əldə edilməsi müəyyənləşdirilir. AzNews.az-ın əldə etdiyi məlumata görə, istintaq zamanı Gülər Əhmədovanın qeyri-qanuni yolla əldə etdiyi mülkləri müəyyənləşib. Məlum olub ki, bu mülklər milyonlarla manat dəyərindədir.
AzNews.az istintaqın müsadirə edilmək üçün məhkəməyə təqdim olunacaq əmlakların siyahısını əldə edib. Onları təqdim edirik: Bakının müxtəlif yerlərində, əsasən də mərkəz hissələrdə olan 9 mənzil, 4 böyük bağ evi və 4 iri sahəli obyekt.

Bunların məhkəmə tərəfindən müsadirə ediləcəyi şübhə doğurmur. Bu mənzillərdə və obyektlərdə nələrin aşkarlanacağı isə bir qədər sonra məlum olacaq.

Azər
AzNews.az
Bağla X