Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb. Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.

Lerikdə əhali susuz qaldı - qəzaya görə

Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.

AzNews.az Report-a istinadən xəbər verir ki, rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verib. Zuvand ərazisindən rayona çəkilən içməli su xəttinin təzyiqə tab gətirməyərək sıradan çıxdığı bildirilir.

Sakinlərin sözlərinə görə, belə hallar tez-tez baş verir: "Hər dəfə qəza baş verəndən sonra yayın qızmarında susuz qalırıq. Məcbur olub marketlərdən qablaşdırılmış içməli su alırıq. Bəzi sakinlər isə su maşınlarının gəlməsini gözləyirlər. Bu kimi hallar yay aylarında daha çox olur".