03:36
(077) 610-22-33

Bakıda şagirdlərə mobil telefon qadağası

  • >
343 14 Fevral 2013 09:58 | Cəmiyyət

Məktəblərdə şagirdlərin mobil telefondan istifadəsinə qadağa qoyulması ilə bağlı məsələ reallaşır. Artıq Bakı məktəblərindən birində direktor tərəfindən şagirdlərin məktəbə mobil telefon gətirməsi qadağan edilib.

Belə ki, paytaxtın Suraxanı rayonundakı 114 saylı məktəbdə şagirdlərin mobil telefon gətirmələrinə icazə verilmir. Məktəbin direktoru Ceyran Novruzova AzNews.az-a bildirib ki, şagirdlərə və valideynlərə bu barədə xəbərdarlıq edildikdən sonra elan vasitəsilə də qadağa diqqətə çatdırılıb. Bundan əvvəl isə siniflərdə şagirdlərlə mobil telefondan uşaq yaşlarında istifadənin zərərləri barədə maarifləndirmə xarakterli təbirlər keçirilib: "Əvvəlcə bəzi valideynlər və şagirdlər buna etiraz etsələr də tədricən onlar də qəbul etdilər. İndi hər səhər xüsusilə yuxarı sinif şagirdlərində mobil telefonun olub-olmadığı yoxlanılır. Əgər belə hal aşkarlanarsa valideyn məktəbə dəvət edilir. Ancaq indi buna nadir hallarda təsadüf edilir".

Zəruri hallarda şagirdlərin telefondan istifadəyə imkan yaradıldığını deyən direktor "Lazım olarsa hətta mənim mobil telefonumdan şagirdin ailəsi ilə əlaqə saxlamaq olar. Bundan başqa məktəbdə də telefon var və şagirdlərin evlə əlaqəsi üçün heç bir məhdudiyyət yoxdur" deyə vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X