Qarpız kəsiləndən sonra qəribə bir mənzərə ortaya çıxıb. Qarpız kəsiləndən sonra qəribə bir mənzərə ortaya çıxıb.

Qarpız alarkən diqqətli olun! - Şübhəli mənzərə ortaya çıxıb (Video)

Qarpız kəsiləndən sonra qəribə bir mənzərə ortaya çıxıb.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, satıcılar iddia edirlər ki, bu, əslində xarab və ya dərmanlı məhsul deyil. Əksinə, normal yetişən və yeyilməsi qorxulu olmayan qarpız kimi görünür.

Məsələ ilə bağlı Dövlət Fitosanitar Nəzarəti Xidmətinə də müraciət etdik. Xidmətin rəisi Camal Quliyev də videogörüntüdəki qarpızın təhlükəli olmadığını söylədi.

Bəs saf qarpızı xarabından necə fərqləndirmək olar? Bu suala satıcılardan cavab aldıq.

Bazarda həmçinin kiçik ölçülü qarpızlara da rast gəldik. Məlum oldu ki, bu qarpızları daha çox turşusunu qoymaq üçün və ya içərisində qəlyan düzəltmək üçün alırlar, yəni yemək üçün məsləhət görülmür. Ən çox diqqətimizi cəlb edən isə qeyri-adi rəngi olan, dadı və qiymətilə fərqlənən bu qarpızlar oldu.

Ümumiyyətlə, tövsiyyə olunur ki, qarpız alarkən mütləq onu kəsdirib yoxlayın. Görünüşündən və ya dadından şübhəli qaldığınız məhsulu almayın. Əks halda zəhərlənmələrə və ya daha ciddi problemlərə gətirib çıxara bilər.