- Köhnə - Cəmiyyət
- 4 Avqust 2017 15:08
- 5 513
DİM-dən xəbərdarlıq
Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.
Mərkəzdən AzNews.az-a verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-da saat 23:59-da başa çatır.
Qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.
AzNews.az