Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssisləri görüşdü - Foto

Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa Komandanlığının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi feldşerləri ilə təcrübə mübadiləsi aparmaq məqsədilə ölkəmizdə səfərdə olub.

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, amerikalı qonaqlar azərbaycanlı həmkarları ilə hərbi tibb dəstəyinin göstərilməsi üzrə səhra təlimləri, təcili tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi və təxliyəsi, davamlı hərbi tibbi müdaxilə, o cümlədən Kütləvi Qırğın Silahlarının istifadəsi zamanı insanların kütləvi təxliyəsi, yaralıların çeşidlənərək bir pillə yuxarı tibbi müdaxilə üçün təxliyə olunması və digər mövzularda müzakirələr aparıblar.

image description image description