Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub. Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

Bakı-Astana reysini yerinə yetirən təyyarə geri dönməli olub - Səbəb

Bu gün saat 12:50 radələrində Bakı-Astana reysini yerinə yetirən Qazaxıstanın "Air Astana" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan 2,5 saat sonra yenidən Bakı hava limanına qayıtmalı olub.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisəyə səbəb təyyarədə yaranan texniki problemlər olub.

Xəzər dənizi üzərində 2 saatdan artıq uçuşdan sonra təyyarə texniki çətinliklə əlaqədar Bakıya geri dönməli olub. Aviareysin bu axşam saat 21:30-da yenidən yerinə yetirilməsi nəzərdə tutulub", - deyə nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bu reysin sərnişinlərinin əksəriyyəti Almatı üzərindən Astanaya getməyi planlaşdırırdılar.