13:05
(077) 610-22-33

Silah başlarına oyun açdı - birinin barmaqları, birinin qolu (Video)

  • >
1 713 29 Avqust 2017 21:11 | Cəmiyyət

Zaqatalada dağlıq-meşəlik əraziyə ova gedən 49 yaşlı kişi güllə yarası alıb.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, bu gün axşam saat 21:30 radələrində Zaqatala şəhəri, S. Kazımov küçəsində yaşayan 49 yaşlı Əhməd Ömər oğlu Məmmədov sağ qolunda çoxsaylı qırma yarası xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət edib.

Əhməd Məmmədov ilkin ifadəsində rayonun "Meşleş" adlanan dağlıq meşəlik ərazisinə ov etmək üçün getdiyini və ovda olarkən ehtiyatsızlıqdan yıxıldığını bildirib. Əhməd Məmmədov yıxılan zaman əlində olan ov tüfəngindən açılan atəş onun sağ qoluna dəyib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Bağla X