22:51
(077) 610-22-33

İtkin düşən 5 yaşlı uşaq tapıldı + Foto + Yenilənib

  • >
9 512 30 Avqust 2017 11:06 | Cəmiyyət

Quba rayonunda meşədə itən azyaşlını tapılmasının təfərrüatları məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Əski İqrıq kəndi ilə Gültəpə kəndi ərazisindəki meşə massivindən, itkin düşdüyü yerdən 6 km aralıda tapılıb.

Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib. Daha sonra N. Əliyev tibbi müayinədən keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

FHN-in yaydığı məlumata əsasən, 28 avqust 2017-ci il tarixində Quba rayonunun Əsgi İqrıq kəndində meşəlik ərazidə itkin düşmüş Quba rayon sakini 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu bu gün saat 09:45-də xilasedicilər tərəfindən tapılıb.

Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib.

N. Əliyevin axtarışlarında Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin müvafiq axtarış-xilasetmə qüvvələri iştirak edib.

***

10:06

Quba rayonunda meşədə itkin düşən 5 yaşlı uşaq tapılıb.

"Report"un Şimal bürosunun məlumatına görə, avqustun 28-də rayonun Əski İqrığ kəndinin ərazisindəki meşədə itkin düşən 2011-ci il təvəllüdlü Əliyev Natiq Namiq oğlu meşə massivindən tapılaraq polis şöbəsinə gətirilib.

Azyaşlının vəziyyəti normaldır.

AzNews.az

Bu fotolar APA-nındır

image description image description
Bağla X