Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb. Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb.

Hərbi xidmət yaşı artırılmayacaq

Azərbaycanda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı silahlı birləşmələrə malik güc strukturları tərəfindən Milli Məclisə göndərilən təkliflər müsbət qarşılanmayıb.



Təkliflər artıq geri qaytarılıb.

Təklif "Hərbi xidməti keçmə" haqqında qanuna salınması parlamentin Təhlükəsizlik və müdafiə komitəsində məqbul hesab edilməyib. "Milli Məclisin müvafiq komitəsi yaxın vaxtlarda ümumiyyətlə bu məsələni müzakirəyə çıxarmağı real hesab etmir", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, ötən ay Silahlı Qüvvələrdə və digər hərbi strukturlarda hərbi xidmət yaşının 19 və ya 20-yə qaldırılması ilə bağlı parlamentə təkliflərin təqdim olunacağı açıqlanmışdı.

AzNews.az