Erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva anasının gözünün yolda qaldığını bildirir: Erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva anasının gözünün yolda qaldığını bildirir:

"Anamı aldadıb deyirik ki, gələcək" - 4 il erməni əsiri olan Şahbazın bacısı - Video

Erməni girovluğunda olan Şahbaz Quliyevin bacısı İradə Quliyeva anasının gözünün yolda qaldığını bildirir:

"Anam yaşlı qadındır. Yalandan deyirik ki, Rusiyadadır. Yolunu gözləyir. Aldadırıq ki, gələcək. Artıq 4 ildir ki, əsirlikdədir. O, bir övlad kimi dünyanın qarşısında həqiqətləri açdı. Bu, çox yaxşı haldır".

Onlar Dilqəm Əsgərovun oğlunun beynəlxalq aləmə səslənməsindən sonra ümidlənib. Şahbazın qohumları da düşünür ki, Kürdoğlunun dilindən çıxan həqiqətlər dünya ictimaiyyətini bir daha bu məsələ barədə dərindən düşünməyə vadar edə bilər.

Əlyar Qarayev: "Çox yaxşı oldu. Onun bu fikrləri səsləndirməsi, həqiqəti deməsi dünyaya səs saldı. Ermənilər yalan danışırdı. Bütün dünya başa düşdü ki, ermənilər səhv yoldadır".

AzNews.az