Milli Şuranın 23 sentyabr mitinqinə insan toplamaq üçün günlərlə sosial şəbəkələr və media vasitəsi ilə təbliğat aparmasına, aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməsinə, o cümlədən, mitinq məkanının metro stansiyasının bir addımlığında yerləşməsinə baxmayaraq mitinqin iflasa uğradığını əminliklə demək olar. Milli Şuranın 23 sentyabr mitinqinə insan toplamaq üçün günlərlə sosial şəbəkələr və media vasitəsi ilə təbliğat aparmasına, aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməsinə, o cümlədən, mitinq məkanının metro stansiyasının bir addımlığında yerləşməsinə baxmayaraq mitinqin iflasa uğradığını əminliklə demək olar.

Müxalifətin mitinq iflası - Fotolar

Milli Şuranın 23 sentyabr mitinqinə insan toplamaq üçün günlərlə sosial şəbəkələr və media vasitəsi ilə təbliğat aparmasına, aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməsinə, o cümlədən, mitinq məkanının metro stansiyasının bir addımlığında yerləşməsinə baxmayaraq mitinqin iflasa uğradığını əminliklə demək olar.

"Məhsul" stadionunun boş qalması ilə yanaşı aksiyaya gələnlərin çoxunu radikal dindarların tərəfdarları təşkil edib. Mitinqdə Avropa İttifaqının bayrağının qaldırılması isə ümumiyyətlə Milli Şuranın mitinqin bir qrup radikal dindarın, Qərbdəki Anti-Azərbaycan dairələrin sifarişi və dəstəyi ilə keçirilən tamaşa olduğunu bir daha sübüt etdi.

Bu tamaşa isə Milli Şuranın xaricdən aldığı avro və dollarların bir hesabatıdır. Qərbdəki sponsorlarına hesabat verərkən mitinqçilər Azərbaycan bayrağına açıq-aşkar hörmətsizlik də ediblər.

Bayraq aksiya iştirakçıları tərəfindən yerə atılıb. Aksiyaya qatılanlar arasında fərqli iştirakçılar qrupu da var idi. Bunlar xaricdə saxta mühacir statusu almaq arzusu ilə yaşayanlardır. Bu qrupdan olan aksiya “iştirakçıları” Avropaya "müxalifətçi" olduqlarını sübut etmək üçün mitinqdə foto çəkdirmək məqsədi ilə bura gələnlərdir.

Qeyd edək ki, Milli Şuranın bu mitinqi digər müxalifət partiyaları tərəfindən boykot edilib.

AzNews.az