Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub. Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub.

900 Azərbaycan vətəndaşı İŞİD terror təşkilatına qoşulub, 85 nəfər həbsdədir, 300-ə yaxın azərbaycanlı döyüşlərdə həlak olub

Azərbaycandan 900 vətəndaş İŞİD terror təşkilatına qoşulub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev bildirib.

M. Quliyev deyib ki, onlardan 85 nəfər hazırda həbsdədir, 195 nəfər isə vətəndaşlıqdan çıxarılıb.

"Müəyyən azərbaycanlılar İŞİD-in qara təbliğatına inanıblar, bəzi vətəndaşlarımız onlara qoşulublar”, - M. Quliyev belə deyib.

M. Quliyev deyib ki, bəziləri ailələri ilə ora gedib və orda uşaqları olub:

“Təbii ki, o uşaqların da orda ölməsi faktları var. Bizə məlumat daxil oldu ki, 300-ə yaxın azərbaycanlı orda döyüşlərdə həlak olub. Hazırda bizim əməkdaş İraqdadır və biz bu məlumatın doğru olub-olmadığını araşdırırıq”.