Bakı-Qazax magistralında ağır qəza baş verib. Bakı-Qazax magistralında ağır qəza baş verib.

Bakı-Qazax magistralında ağır qəza - sərnişin öldü

Bakı-Qazax magistralında ağır qəza baş verib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2199” markalı avtomobilin yolun kənarında olan dəmir maneəyə çırpılması nəticəsində sərnişin 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə Alı qızı ağır, sürücü isə yüngül xəsarət alıb. Ş. Qasımova xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır