17:19
(077) 610-22-33

Azərbaycanda müasir tipli elektrik stansiyalarının inşasına ehtiyac var - Hesabat

  • >
3 028 2 Oktyabr 2017 20:04 | Cəmiyyət

Azərbaycanda müasir tipli elektrik stansiyalarının inşasına ehtiyac var.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə və gücünə olan tələbatın proqnoz göstəriciləri hazırlandıqdan sonra əlavə istehsal güclərinin yaradılması məqsədilə “Azərenerji” ASC və Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi tərəfindən əsaslandırılmış təkliflər 2017-ci ilin III rübü ərzində hazırlanaraq nazirliyin işçi qrupuna baxılması üçün təqdim ediləcək.

Hesabatda bildirilir ki, ölkə iqtisadiyyatının yaxın perspektivdə elektrik enerjisinə artan tələbatının qarşılanması, elektrik enerjisinin ötürülməsinin və paylanmasının səmərəliliyinin yüksəldilməsi, elektrik enerjisi itkilərinin azaldılması və istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün müasir tipli elektrik stansiyalarının inşasına ehtiyac var. Bu zaman paylanmış generasiya prinsipləri əsas götürərək ənənəvi generasiya gücləri ilə yanaşı, alternativ və bərpaolunan enerji əsaslı generasiya gücləri də inkişaf etdirilir.

Enerjisistemdə yeni istehsal güclərinin yaradılmasının, yerləşmə ərazisinin və elektrik stansiyalarının planlaşdırılan güclərinin ilkin layihəsi hazırlanıb.

AzNews.az

Bağla X