14:51
(077) 610-22-33

“Hamı çəkirdi, mən çəkdim” - Əməlidən peşiman olan narkoman

  • >
757 3 Oktyabr 2017 14:30 | Cəmiyyət

Goranboyda narkoman saxlanılıb.

ARB TV xəbər verir ki, Goranboy rayon polis şöbəsinə Xoylu kənd sakini Seyrəddin Əliyevin yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat daxil olub.

Sözügedən ünvanda axtarış aparan polis əməkdaşları oradan 87 ədəd çətənə kolu aşkar edərək götürüblər. Saxlanılan şəxs narkotik bitki əkib-becərməsini etiraf edib və əməlinə görə peşmançılığını gizlətməyib.

Seyrəddin Əliyev – Saxlanılan şəxs: “Hamı çəkirdi. Mən də 4 ay çəkdim. Ondan sonra vərdiş etdim. Sahədə əkmişdim”.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

AzNews.az

Bağla X