19:49
(077) 610-22-33

“Azadlıq” qəzeti cərimələrlə bağlı mətbuat konfransı keçirdi

  • >
2 340 21 Fevral 2013 13:25 | Cəmiyyət

"Azadlıq" qəzetinə qarşı tətbiq olunan cərimələrlə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, qəzetin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev qəzetin problemlərinin artıq kəskinləşdiyini deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun qəzetə qarşı qaldırdığı iddia üzrə kassasiya şikayəti təmin olunmayıb: "30 min manat bizim üçün böyük puldur. Eyni zamanda fevralın 19-da "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın iddiası üzrə qəzetə 30 min manat, əməkdaşına isə 2 min manat cərimə kəsilib. "Qasid" firması da qəzetin borcunu ödəmir, nəticədə nəşriyyata borclu qalırıq".

R. Hacıyev onu da qeyd edib ki, qəzetə qarşı iddialar əsasında kəsilmiş cərimələr ödənmədiyinə görə, aprel ayında qəzetin hesabına həbs qoyulacaq.

Hüquqşünas Aslan İsmayılov da qəzetin cərimələnməsini pisləyib.Telejurnalist Qulu Məhərrəmov isə bildirib ki, qəzetin hüquqi müdafiə sistemi möhkəmləndirilməli, ictimaiyyət baş verənlər barədə məlumatlandırılmalıdır.

AzNews.az
Bağla X