16:54
(077) 610-22-33

DİN Saatlıdakı qəbiristanlıqda törədilən vandalizmə münasibət bildirib

  • >
481 25 Fevral 2013 17:16 | Cəmiyyət

Musalı kənd qəbiristanlığında 81 qəbir daşı dağıdılıb


Daxili İşlər Nazirliyi Saatlı rayonunda qəbiristanlıqda törədilən vandalizm aktına münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında qeyd edib ki, Saatlı rayonunun Musalı kənd qəbiristanlığında baş verən hadisə ilə bağlı iki nəfər şübhəli şəxs qismində saxlanılıb: "Fevralın 23-dən 24-də keçən gecə Musalı kənd qəbiristanlığında vandalizm aktı qeydə alınıb. Hadisə barədə polisə məlumat daxil olan kimi dərhal Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə gedib.

Hadisə yerinə baxış keçirilərkən 81 qəbir daşının dağıdıldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri Ədalət Məmmədov və Nəsimi Əliyev polis tərəfindən saxlanılıblar. İstintaqın gedişində hadisənin baş vermə səbəbləri və xüsusatlara aydınlıq gətiriləcək".

Qeyd edək ki, KİV-də yayılmış bəzi məlumatlara görə, məlum vandalizm aktını törətməkdə şübhəli bilinən Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Məlumatda o da qeyd olunur ki, hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb və rayonda süni narazılıq yaratmaq, insanların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək, inanclı insanların da bu prosesə qoşmaq məqsədi güdüb.

AzNews.az
Bağla X