Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb. Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

Rusiya 18 ton pomidoru geri qaytarıb? - Gömrük Komitəsindən açıqlama

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən 18 ton pomidor məhsulunun sənədlərində problem aşkarlandığı üçün geri qaytarıldığına dair məlumatlar yayılıb.

AzNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi yayılan bu xəbərlərə münasibət bildirib.

Belə ki, DGK-nın açıqlamasında bildirilir ki, son dövrlərdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb:

“O cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır”.