Bu gün Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür. Bu gün Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.

Çingizsiz qeyd edilən 23-cü doğum günü

Bu gün Azərbaycanın sonuncu Milli Qəhrəmanı Çingiz Qurbanovun doğum günüdür.

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. Doğulduğu kənddə orta məktəbdə təhsil alıb. 2012-ci ildə məktəbi bitirən Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə bu universitetin məzunu olub və həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Ç.Qurbanovun nəşi ölümündən 37 gün sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə Sərəncam imzalayıb.

Allah rəhmət etsin!