Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək vermək məqsədilə yeni dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb. Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək vermək məqsədilə yeni dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb.

Peşə təhsili üzrə yeni dərsliklər çap edilib - Fotolar

Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək vermək məqsədilə yeni dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb.

AzNews.az xəbər verir ki, bu barədə BP və tərəfdaşlarının sponsorluq etdiyi "Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması" layihəsinin nəticələrinə həsr edilmiş tədbirdə məlumat verilib. Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olmaq və beləliklə də ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə verməkdir.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirdi ki, peşə ixtisas təhsilinin formalaşdırılması nazirliyin qarşısında duran əsas çağırışlardır. Bu sahədə hazırlıqlı kadrların yetişdirilməsi, eləcə də milli iqtisadiyyatın inkişafı üçün ötən il peşə təhsili üzrə dövlət agentliyi yaradıldı. Nazir müavini vurğuladı ki, təhsil sahəsində nazirliyin bp şirkəti ilə çoxşaxəli əməkdaşlığı var. Sözügedən layihə də bunun tərkib hissələrindən biridir.

Sonra BP Azərbaycan-Gürcüstan-Türkiyə regionunun əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin nəticələri barədə geniş məlumat verdi. Onun sözlərinə görə, 2016-cı ilin sentyabrında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində BP və onun AÇQ, ŞD, BTC, CQBK layihələrindəki tərəfdaşları tərəfindən başlanılmış bu layihə nəticəsində bağçılıq, bitkiçilik və kənd təsərrüfatı texnikası üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb. Dərsliklər və köməkçi tədris materialları modul metodologiyasına və peşə təhsilinin dünya standartlarına əsasən ən aparıcı yerli mütəxəssislərin köməkliyi ilə "sıfırdan" hazırlanıb. Həmçinin, Azərbaycan Dövlət Aqrar Universitetindən və müxtəlif peşə məktəblərindən olan 40 yerli ekspert və təlimçi üçün modulların hazırlanması və modullu tədris metodları üzrə təlim keçirilib. Bu insanlar Azərbaycanın müxtəlif məktəblərində, o cümlədən bu yaxınlarda açılışı olan Qəbələ şəhərindəki peşə məktəbində yeni nəsil mütəxəssislərə dərs keçəcəklər.

Qeyd edək ki, "Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisasların yaradılması" layihəsi "British Council" tərəfindən yerinə yetirilir. Layihənin tərəvəzçilik və meyvəçilik üzrə növbəti mərhələsi 2018-ci ilin iyun ayında tamamlanacaq.

Elgün MƏNSİMOV
AzNews.az

image description image description image description