Azərbaycan diliylə bağlı yeni layihə

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının layihəsinin yaxın zamanda imzalanacağı gözlənilir. Bununla bağlı bu gün Prezident Admnistrasiyasından proqramın müəllifləri ilə əlaqə saxlanılıb ".

Bunu AzNews.az-a AMEA-nın Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli bildirib.

İnstitut direktorunun sözlərinə görə, layihə üzərində bəzi dəqiqləşmələr aparılıb: "Ancaq Dövlət Proqramının layihəsində prinsipial dəyişiklik yoxdur. Korrektə xarakterli bəzi dəqiqləşmələr olub. Yəqin ki, yaxın günlərdə Dövlət Proqramı imzalanacaq".

Elnarə Əlosmanqızı
AzNews.az