- Köhnə - Cəmiyyət
- 7 Dekabr 2017 09:10
- 3 427
Sürət həddi endirildi - Sürücülər diqqətli olun!
Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə AzNews.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
BNA-dan bildirilib ki, sürətin endirilməsində məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir: “Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.
Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq”.