21:30
(077) 610-22-33

Həbsxanada Gülər Əhmədovanın dişlərini çəkdilər

  • >
283 2 Mart 2013 11:24 | Cəmiyyət

Halı pisləşdi; təcridxanaya həkim çağırıldı


Ciddi stress səbəbindən dişlərində kəskin ağrılar başlayıb: 3 dişi çəkildi


Sabiq millət vəkili, haqqında həbs-qəti imkan tədbiri seçilmiş Gülər Əhmədovanın sağlıq durumu ilə bağlı həyəcanlı xəbərlər bir-birini əvəz edir. Sabiq deputatın vəkili bununla bağlı mətbuata verdiyi açıqlamalarda Gülər Əhmədovanın bir çox xəstəliklərdən əziyyət çəkdiyini iddia edib.

Amma bir çoxları bu qəbildən olan açıqlamaları Gülər Əhmədovanın zəruri müdafiə tədbirləri kimi qiymətləndirir və yayılan məlumatların bir qədər şişirdilmiş formada təqdim olunduğunu düşünür. Amma AzNews.az xəbər portalına daxil olan informasiyalarda da Gülər Əhmədovanın ciddi əsəb sarsıntısı keçirməsi qeyd olunur.

AzNews.az-ın əldə etdiyi xəbərə görə, keçirdiyi stress sabiq millət vəkilinin səhhətində müxtəlif xəstəliklərin ortaya çıxmasına səbəb olub.

Məsələn, artıq onun dişlərində kəskin ağrılar baş qaldırıb ki, həkimlər də bunu əsəb sarsıntısının arzuolunmaz təzahürü kimi qiymətləndirir.
Hətta dünən ağrılar o qədər şiddətlənib ki, məcburiyyət qarşısında təcridxanaya stomatoloq dəvət olunub. Belə ki, ağrı və şişkinlik səbəbindən ortaya çıxan narahatlığı aradan qaldırmaq məqsədilə şəhərdəki məşhur klinikalardan birinin həkimi, Gülər Əhmədovanı dişlərini düzəldən stomatoloq təcridxanaya aparılıb. Nəticədə keçmiş deputatın sol çənəsində yerləşən 3 dişi sökülüb.

AzNews.az-a danışan stomatoloq Dilbər Orucova isə bildirib ki, səbəbi sinir simteminin pozulması olan diş ağrıları ciddi fəsadlara yol aça bilər:

"Bu qəbildən olan diş ağrıları infarkta da gətirib çıxara bilər. Belə ki, ağızda olan infeksiya sürətlə inkişaf edir. Ağız suyu ilə mədəyə, oradan isə qana sovrulur və sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilir ".

Sonda xatırladaq ki, G.Əhmədovanın vəkili mətbuata deputatın çox ciddi ağrıları olduğunu, ürəyi ağrıdığını, böyrəyindən əziyyət çəkdiyini söyləmişdi. Bundan başqa, millət vəkilinin şəkəri və ağciyər genişlənməsinin də olduğunu bildirmişdi.

Ruhiyyə
AzNews.az
Bağla X