Azərbaycanda ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,8 faiz olub. Azərbaycanda ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,8 faiz olub.

Üçüncü növbədə təhsil alan şagirdlərin sayı açıqlandı

Azərbaycanda ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,8 faiz olub.

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, 2017/2018-ci tədris ilinin əvvəlinə ölkənin 4410 dövlət və 28 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,5 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib.

İlkin məlumatlara əsasən, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1663 dövlət və 87 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 118,7 min uşaq və ya 1-5 yaşlı uşaqların 14,2 faizi tərbiyə alır.

Hazırda 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.