Əhalinin təxminən 30 faizində rast gəlinən pis ağız qoxusunun meydana gəlməsinə səbəb mədədə olan helikobakter pilori ola bilər. Əhalinin təxminən 30 faizində rast gəlinən pis ağız qoxusunun meydana gəlməsinə səbəb mədədə olan helikobakter pilori ola bilər.

Ağız qoxusunun səbəbi bu xəstəlik ola bilər

Əhalinin təxminən 30 faizində rast gəlinən pis ağız qoxusunun meydana gəlməsinə səbəb mədədə olan helikobakter pilori ola bilər.

AzNews.az xəbər verir ki, mütəxəssislər ağız qoxusunun 90%-inin yaranmasına səbəb kimi ağız içi problemləri, 10%-inin isə həzm və tənəffüs sistemi xəstəlikləri ilə əlaqəli olduğunu bildirir. Həzm sistemi problemləri olan şəxslərdə ağız qoxusu çürük yumurta iyi verir.

Bu qoxu gəyirmə zamanı daha da hiss edilir. Həzm prosesi başlandıqdan sonra, həm fermentlər, həm də bakteriyalar tərəfindən parçalanan tərəvəzlərdə olan kükürd birləşmələri ağız qoxusunda mühüm rol oynayır. Helikobakter pilori həzm sistemində ağız qoxusunun ən əhəmiyyətli səbəbidir və onun diaqnozu üçün gastroskopiya lazımdır. Əgər xəstədə ağız qoxusunu müşayiət edən qarın ağrısı, qarın şişməsi, ürəkbulanması kimi simptomlar varsa, bakteriyanın diaqnozu üçün mədənin endoskopik müayinəsi lazımdır.