00:08
(077) 610-22-33

“Səfər Əbiyev və Nəcməddin Sadıqov öz yerlərində deyil”

  • >
312 6 Mart 2013 09:43 | Cəmiyyət

Akif Nağı: ““Əsgər ölümlərinə son” və digər adlarla aksiya keçirmək düşmən dəyrimanına su tökməkdir”



"Əsgər ölümləri təbii ki, təəssüf doğurur. Amma buna etiraz forması barədə bizim mövqeyimiz fərqlidir, orduda ölüm-itim də ola bilər, hər şey də mümkündür"

Bunu QAT sədri Akif Nağı atəşkəs şəraitində mütəmadi olaraq orduda baş verən ölüm hallarını AzNews.az-a şərh edərkən deyib. O bildirib ki, bununla belə orduya ictimai nəzarət gücləndirilməli və baş verənlərlə bağlı ordu rəhbərliyindən ciddi şəkildə izahat tələb olunmalıdır:

"Bir müddət əvvəl bizim Müdafiə Nazirliyi rəhbərliyinin yerində olmadığı, onların dəyişdirilməsinin zəruri olması haqda bəyanatımız olmuşdu. Nazir Səfər Əbiyer də, Baş Qərargah rəisi Nəcməddin Sadıqov da öz yerlərində deyil və bu gün orduda olan problemlərin əksəriyyəti onlarla bağlıdır. Ona görə də onlar vəızifələrindən uzaqlaşdırılmalıdırlar".

QAT sədrinin fikrincə hər iki şəxs həm ordudakı ciddi problemlər, həm də birinci Qarabağ müharibəsində özlərini yüksək rütbəli zabit kimi göstərə bilmədikləri, heç bir döyüşdə fərqlənmədikləri üçün yeni potensiallı zabitlərlə əvəzlənməlidirlər: "Bu bizim mövqeyimizdir, amma "Əsgər ölümlərinə son" və digər adlarla aksiya keçirmək hesab edirik ki, düşmən dəyrimanına su tökməkdir, bunun Azərbaycana heç bir xeyri yoxdur. Bu kimi addımlar ordu haqqında mənfi fikir yaratmağa yönəlib. Mən yaxşı bilirəm bu aksiyalar çağırışı hansı mərkəzdən gəlir, bunların hamısı xaricdən gələn sifarişlərdır. Ona görə də QAT olaraq biz cəmiyyətdə belə əhval-ruhiyyənin, proseslərin getməsinin əleyhinəyik. Tənqid olunmalıdır, amma bu şəkildə yox".

Gültəkin
AzNews.az

Bağla X