21:39
(077) 610-22-33

MTN erməni yalanına cavab verdi

  • >
1 209 6 Mart 2013 12:10 | Cəmiyyət

"Ermənistanın Azərbaycanda 90 itkin erməni olması barədə iddiası əsassızdır"



2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən ümumilikdə 438 şəxs barəsində 123 cinayət işinin istintaqı aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair parlamentə təqdim etdiyi hesabatda bildirilir. Hesabata görə, 131 şəxs barəsində 45 iş üzrə ("dövlətə xəyanət", "dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terrorizm)" "terrorçuluq barəsində bilə-bilə yalan məlumat vermə" və s.) müvafiq ittiham aktları məhkəməyə təqdim olunması üçün Baş Prokurorluğa göndərilib. Cinayət işlərinin böyük əksəriyyəti məhkəmədə öz qanuni həllini tapıb, qalanları üzrə isə məhkəmə baxışı davam etdirilir.

Bundan başqa, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşdirmələr aparılması və fərqin aradan qaldırılması istiqamətində işlər davam etdirilib, 38 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.

Daha sonra qeyd olunub ki, BQXK-nın Dövlət Komissiyasına ünvanladığı məktubda Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən bu qurumun Ermənistandakı nümayəndəliyinə təqdim edilmiş və guya Azərbaycanda saxlanıldığı iddia edilən 90 nəfər itkin erməniyə aid siyahı ətraflı təhlil edilib və tərtib edilmiş geniş məlumat aidiyyatı üzrə göndərilmək üzün BQXK-ya təqdim edilib. Təhlil nəticəsində Ermənistan tərəfinin iddiasının əsassız olması aydınlaşıb və bu BQXK-nın diqqətinə çatdırılıb.

AzNews.az
Bağla X