Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 2018-ci ildə Pedaqoji Şuranın ilk iclası keçirilib. Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 2018-ci ildə Pedaqoji Şuranın ilk iclası keçirilib.

BİTKol-da Pedaqoji Şuranın ilk iclası keçirilib

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 2018-ci ildə Pedaqoji Şuranın ilk iclası keçirilib.

İclasda Kollecin Fənn birləşmə sədrləri Ağabala Yunusov və Elnarə Əliyeva 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasında qarşıda duran vəzifələrə dair məruzə ediblər. Tədris hissə müdiri Təranə Məmmədova münaqişə komissiyasının hesabatını təqdim edib. Bununla yanaşı, Tədris istehsalat işləri üzrə direktor müavini Şakir Mikayılov tədris təcrübələrinin hazırlıq dövrü barədə geniş məruzə edib. Tədris işləri üzrə direktor müavini Nofəl Nəbiyev isə 2017/2018-ci tədris ili üçün payız imtahan sessiyasının nəticələri barədə hesabat məruzəsi ilə çıxış edib. Məruzələr dinlənildikdən sonra cari məsələlər müzakirə olunub. Kollecin direktoru Varis Allahverdiyev müzakirələr zamanı öz fikirlərini, kollektivin qarşısında duran vəzifələri diqqətə çatdırmaqla bərabər, yaranan sualları da ətraflı cavablandırıb.

AzNews.az

image description image description