08:37
(077) 610-22-33

Elşad Abdullayevlə əlaqəsi olanların “qara siyahısı” – İstintaq

  • >
416 7 Mart 2013 14:59 | Cəmiyyət

Sabiq rektorla görüşən bütün şəxslər istintaqa çağırılacaq



Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayevlə əlaqəli olması ehtimal edilən bütün məmurlar istintaqa çağırılır. Bu barədə məlumatı "Azadlıq" qəzeti yayıb. Qəzet iddia edir ki, bu sırada övladı ABU-da təhsil alan məmurlar xüsusi yer tutur:

"Hətda sabiq rektorla bir dəfə görüşən məmurlar da sorğu-suala çəkilir. İstintaqa çağırılan əsasən kiçik və orta ranqlı məmurlardır. Onlara Elşad Abdullayevlə görüşlərində hansı mövzuda söhbət etdikləri barədə suallar verilir".

AzNews.az-ın əldə etdiyi məlumatda isə istintaqa təkcə məmurların deyil, bir neçə məşhur iş adamının da cəlb edildiyi bildirilir. Bundan başqa artıq Elşad Abdullayevə görə istintaqa ifadə verəcək şəxslərin siyahısının hazırlanması barədə də məlumat almışıq. Maraqlıdır ki, həmin siyahıda bir sıra müxalifət nümayəndələri, QHT-çilər və tanınmış jurnalistlərin də adı var. Hələlik bu siyahı açıqlanmır. Bunun səbəbi isə adları çəkilən şəxslərin Elşad Abdullayevi açıq şəkildə müdafiəyə qalxmasının qarşısını almaqdır. Plan bundan ibarətdir ki, Elşad Abdullayev özü istintaqa cəlb ediləndən sonra siyahı cəmiyyətə təqdim edilsin.

AzNews.az siyahının necə hazırlanması barədə də məlumat əldə edib. Məlum olub ki, siyahıya düşən adamlar indiyə kimi videolarda adları çəkilən şəxslərin ifadələri, istintaqın əldə etdiyi sənədlərin araşdırılması və eləcə də Elşad Abdullayevin telefon danışıqlarının siyahısı əsasında hazırlanıb.

Hətta ilkin olaraq, Elşad Abdulayevlə telefon danışığı olan şəxslərə zənglərin edilməsi, onunla hansı səbəbdən danışması barədə sorğu –sualların aparılması da əldə etdiyimiz informasiyalar arasındadır.

Davamı olacaq.

Azər
AzNews.az
Bağla X