00:05
(077) 610-22-33

Özəl tibb müəssisələrində yoxlamalar olacaq

  • >
408 7 Mart 2013 16:44 | Cəmiyyət

Səhiyyə Nazirliyi 2013-cü il ərzində Azərbaycanda fəaliyyət göstərən özəl tibb müəssisələrində ciddi yoxlamalar aparılacaq.

APA-nın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Tibbi yadımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov keçirilən kollegiya iclasında deyib. O bildirib ki, yoxlamalar özəl tibb müəssisəsində aparılan Qeysər kəsiyi əməliyyatlarının əsaslılığını müəyyənləşdirmək, Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə, klinik protokollarına nə dərəcədə riayət edildiyini aydınlaşdırmaq məqsədilə keçiriləcək. Onun sözlərinə görə, özəl tibb müəssisələrində aparılan doğuşların əksəriyyəti Qeysər kəsiyi ilə başa çatdırılıb və bu göstərici 50 faizdən yuxarıdır.

G. Poladov baş vermiş ana ölümü hadisələri zamanı meyitin təşrihi ilə bağlı ciddi problemlərin olduğunu deyib: "Bütün ana ölümü hadisələrində patoloji-anatomik təşrihin aparılması məcburi olsa da, yalnız 9 hadisədə belə təşrih aparılıb. Bu isə ölüm hadisələrinin 35 faizini təşkil edir".

AzNews.az
Bağla X