Fevralın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxananın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə reallaşdırdığı “Xocalı – XX əsrin soyqırı” adlı kitab sərgisi açılıb. Fevralın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxananın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə reallaşdırdığı “Xocalı – XX əsrin soyqırı” adlı kitab sərgisi açılıb.

Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb

Fevralın 23-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxananın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə reallaşdırdığı “Xocalı – XX əsrin soyqırı” adlı kitab sərgisi açılıb.

AzNews.az xəbər verir ki, Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş sərgidə son illər çap olunan nəşrlərlə yanaşı, bu günlərdə işıq üzü görə “Xocalı şahidləri danışır” kitabı da yer alıb.

Tədbirdə kitabxananın direktoru, professor Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elbəy Əli və başqaları çıxış edərək Xocalı soyqırımının erməni şovinistlərinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə bir gecədə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.

Xocalı faciəsinin dəhşətlərindən bəhs edən kitabların böyük əhəmiyyət daşıdığını söyləyən natiqlər bu istiqamətdə son nəşrlərdən olan “Xocalı şahidləri danışır” kitabının çapını faciənin dünyaya çatdırılması baxımından yüksək qiymətləndiriblər. Kitabda toplanan materialların əhəmiyyətindən danışaraq bildiriliblər ki, nəşrdə Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb. Xocalı soyqırımını törədənlərin gec-tez mütləq öz layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə edən natiqlər Xocalı şahidlərinin ağrı-acılarını, iztirablarını əks etdirən belə kitabların yaxın gələcəkdə hüquqi bir sənəd kimi beynəlxalq səviyyədə istifadə ediləcəyini vurğulayıblar.

Diqqətə çatdırılıb ki, kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.

Sonra iştirakçılar kitab sərgisi ilə tanış olublar.

image description image description image description image description image description