00:33
(077) 610-22-33

SOS: “Çin duzu“ hansı xəstəliklərə səbəb olur?

  • >
923 10 Mart 2013 12:07 | Cəmiyyət

Azərbaycanda əsasən dönərlərə qatılan bu duz haqda nələri bilməliyik?



Asiya və Çin yeməklərində çox istifadə edilən, Azərbaycanda da əsasən dönərlərin tərkibinə qatıldığı bildirilən Çin duzunun insan səhhətinə ziyanları həkimləri ciddi narahat edir.

Elmi adıyla "mono sodium glutamate", yəni MSG adlandırılan, ancaq xalq arasında Çin duzu kimi tanınan bu tərkib dünyada ən çox istifadə edilən dadlandırıcıdır. MSG adi halda ağ rəngli toz şəklindədir. Mütəxəssislərin sözlərinə görə, duzun tərkibindəki glutamat adlı maddə ana südü, inək südü, pendir, ət kimi proteinlərlə zəngin qidalarda, eləcə də göbələk, pomidorda da çox miqdarda var.

Çin duzunun insan orqanizminə zərərləri barədə fikirlər getdikcə daha geniş yayılır. Belə ki aparılan araşdırmalar göstərir ki, tərkibində bu maddə olan yeməklərdən çox istifadə piylənməyə səbəb olur, doymaq hissinin pozulmasına gətirib çıxarır, böyümə hormonuna təsir göstərərək uşaqların inkişafına mane olur. Bununla yanaşı böyrək, qaraciyərdə ciddi təsirlərə yol aça bilir. Hamilə qadınlara tərkibində bu maddənin olduğu yeməklərdən istifadə tövsiyə edilmir. Çünki bu zaman ana ilə bərabər dünyaya gələcək körpə də ciddi təsirlərə məruz qalır.

Çin duzuna daha çox hansı qida maddələrində rastlandığına gəlincə isə, bu siyahı çox uzundur. Ancaq hamının, xüsusən də uşaqların yaxşı tanıdığı və çox sevdiyi çipslərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində Çin duzu var.

Çin duzunun zərərləri təsbit edilsə də, hələlik bu maddədən istifadə qadağan edilməyib. Dünya Qida Kodeksi Komissiyası dadlandırıcı Çin duzunun müasir texnologiyanın gərək bildiyi miqdarda istifadəsinə icazə verir. Bu isə o deməkdir ki, qida məhsullarında Çin duzu istifadəsində heç bir ölçü yoxdur. Avropa Birliyi də MSG- nin "E 621" kodu ilə qidalarda istifadəsinə icazə verir. Ancaq bir çox mütəxəssislər zərərlərini göz önünə alaraq Çin duzundan istifadənin qadağan edilməsini tələb edirlər.

Elnarə Əlosçmanqızı
AzNews.az
Bağla X