Bakı və Abşeron yarımadasında tozun miqdarı azalmağa başlayıb. Bakı və Abşeron yarımadasında tozun miqdarı azalmağa başlayıb.

Toz-dumanı ilə bağlı operativ iş rejiminə keçilib - Normadan 35 faiz yuxarıdır (Yenilənib 3)

Bakı və Abşeron yarımadasında tozun miqdarı azalmağa başlayıb.

AzNews.az-a bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı operativ iş rejiminə keçərək atmosfer havasında müşahidələr aparır.

Departamentdən bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 18:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 26 faiz yuxarı olduğu qeydə alınıb.

***

16:01

Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprel 19-u saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 35 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 12:00-da bu göstərici 37 faiz təşkil edirdi.

***

13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

ETSN-dən AzNews.az-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata əsasən 19 aprel saat 12:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı bir qədər artaraq sanitar normadan 37 faiz yuxarıdır.

***

09:18

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

AzNews.az xəbər verir ki, Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 19 aprel 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarı sanitar normadan 30 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz Ərəbistan yarmadasından daxil olan toz-dumanının atmosferin yuxarı təbəqələrinədək qalxmasıdır.