- Köhnə - Cəmiyyət
- 20 Mart 2013 20:06
- 2 729
DİN-dən Rəhim Qazıyev açıqlaması
Sabiq müdafiə naziri polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən saxlanılıb
Daxili İşlər Nazirliyi (DİN) sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib.DİN-in mətbuat xidmətindən "Trend"ə bildiriblər ki, polis əməkdaşları axtarışda olan silahlı cinayətkarı tutarkən əməliyyat zamanı Rəhim Qazıyev polislərə etirazını bildirib.
Rəhim Qazıyev polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən o saxlanılıb və müvafiq hüquqi prosedurlar həyata keçirildikdən sonra buraxılıb.
Qeyd edək ki, dünən sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması barədə məlumat yayılmışdı.