00:18
(077) 610-22-33

Qubada beynəlxalq tədbir keçiriləcək

  • >
444 28 Mart 2013 09:29 | Cəmiyyət

Martın 29-da Qubada 14 xarici ölkənin tarixçi və arxeoloqlarının iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda təşkil edilən tədbir Quba şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

AMEA A.Bakıxanov adına Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək Tədbirdə Almaniya, Rusiya, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Ukrayna, Gürcüstan, Bolqarıstan, Misir, Rumıniya və digər ölkələrdən olan tarixçi alimlər iştirak edəcəklər.

Konfransın açılışından əvvəl qonaqlarla birgə Quba kütləvi soyqırımı məzarlığının ziyarət olunması nəzərdə tutulub.
Konfransın açılışında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev və xarici ölkələrdən dəvət olunan qonaqlar çıxış edəcəklər.

Konfransda ümumilikdə 40-dan çox alim və tədqiqatçının "Azərbaycan və türk xalqına qarşı 1918-1920-ci illər soyqırımı" mövzusunda məruzələrlə çıxış etməsi gözlənilir.

Konfrans öz işini "Qafqaz Birinci Dünya müharibəsi illərində", "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı", "Şərqi Anadoluda soyqırım" bölmələri üzrə davam etdirəcək

Ruhiyyə
Aznews.az

Bağla X