Qış aylarında bədənin xəstəliklərə qarşı müqaviməti azaldığı üçün uşaqlar və böyüklər tez-tez xəstələnir. Bu xəstəliklərdən necə qorunmaq olar? Qış aylarında bədənin xəstəliklərə qarşı müqaviməti azaldığı üçün uşaqlar və böyüklər tez-tez xəstələnir. Bu xəstəliklərdən necə qorunmaq olar?

Sağlam qidalanmaq, çox qalın geyinməmək, əlləri təmiz saxlamaq... – Qışda özümüzü xəstəlikdən necə qoruyaq?

Qış aylarında bədənin xəstəliklərə qarşı müqaviməti azaldığı üçün uşaqlar və böyüklər tez-tez xəstələnir. Bu xəstəliklərdən necə qorunmaq olar?

AzNews.az qış aylarında xəstəliklərdən qorunmaq üçün bəzi üsulları təqdim edir:

- Balanslı və sağlam qidalanın.

- Yuxu rejiminə diqqət edin və yetəri qədər yatın.

- Su başda olmaqla, kifayət qədər maye qəbul edin, qazlı içkilərdən uzaq olun.

- Meyvə-tərəvəzlərlə yanaşı həftədə iki dəfə balıq yeyin.

- Bitki çayları, təbii meyvə şirələri, bal və bəhməz qəbul edin.

- Qapalı və çox adam olan yerlərdən mümkün olduğu qədər uzaq gəzin.

- Əllərinizi tez-tez yuyun. Əllərinizi ağzınıza, burnunuza toxundurmayın.

- Mikroblar isti olduqda rahatca arta bildiyi üçün evinizi və iş otağınızı həddindən çox isitməyin.

- Evinizi və iş otağınızı havalandırın.

- Uşaqlarınızı siqaret çəkilən məkanlara aparmayın.

- Çox qalın və ya çox nazik geyinməyin və uşaqlarınızı da belə geyindirməyin.

Nigar CƏFƏR

AzNews.az