Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

Xəzərdə 4 nəfər heyət üzvü xilas edilib - DSX Sahil Mühafizəsi tərəfindən

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə təd­birlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən AzNews.az-a verilən məlumata görə, sentyabrın 21-də saat 10:55 radələrində DSX Sahil Mühafizəsinin “Pirallahı” sahil nəzarəti mən­tə­qəsinə “Çİ-3508” bort nömrəli gəzinti təyinatlı üzmə vasitəsinin mühərrikində yaranmış nasazlıq səbəbindən 4 nəfər heyət üzvünün dənizdə batmaq təhlükəsi ilə üzləşmələri barədə məlumat daxil olub.

Sahil nəzarəti məntəqəsindən alınmış məlumat əsasında DSX Sahil Mühafizəsinin dövlət sərhədinin mühafizəsi xidmətində olan “Şahdağ” tipli sərhəd gözətçi gəmisi hadisə yerinə göndə­rilib və saat 13:00 radələrində Çilov adasından 3 mil məsafədə üzmə vasitəsi aşkar olunub.

Üzmə vasitəsində olan heyət üzvləri – Məmmədov İbad Ramiz oğlu, İbrahimov Əhliman Əlifağa oğlu, Əmrahova Səkinə Ağəli qızı və Xankişiyeva Samirə Həsən qızı xilas edilib, üzmə vasitəsi Çilov adasının liman körpüsünə gətirilib.

AzNews.az