- Köhnə - Cəmiyyət
- 1 May 2013 15:39
- 1 592
Prokurorluqdan deputat köməkçisinin həbsinə münasibət
Baş Prokurorluq millət vəkili Etibar Hüseynovun köməkçisinin həbs edilməsi barədə mətbuatda yayılan informasiyalara münasibət bildirib
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir: "Bu məlumatlar tərəfimizdən təkzib olunur".
Qeyd edək ki, bu gün bəzi KİV-də deputat Etibar Hüseynovun köməkçisi İlqar adlı şəxsin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilməsi barədə məlumatlar yayılıb.
AzNews.az