- Köhnə - Cəmiyyət
- 7 May 2013 08:01
- 1 602
ARDNŞ verdiyi sözə əməl edəcəkmi?
ARDNŞ prezidenti Rövnəq Abdullayevin bir müddət öncə belə bir açıqlama ilə çıxış etməsi neft şirkətinin istifadəsində olan yararsız torpaqlardakı sənədsiz evlərin sakinlərini sevindirmişdi. Çünki ARDNŞ vaxtaşırı olaraq sənədsiz evlərin sakinlərini narahat edir, həmin tikililəri sökməklə hədələyirdi.
Şirkət prezidentinin açıqlamasından bir aydan çox vaxt keçib. Görəsən məsələ nə yerdədir?
Modern.az saytına açıqlamasında ARDNŞ-nin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirdi ki, bununla bağlı təkliflər şirkətin tərkibindəki komissiyaya təqdim edilməlidir. Onun sözlərinə görə, son nəticədə komissiya qərar verəcək ki, hansı torpaqları icra hakimiyyətinə təhvil vermək lazımdır, hansılar isə ARDNŞ-nin istifadəsində qalmalıdır.
ARDNŞ rəsmisinin sözlərinə görə, hələlik məsələ ilə bağlı müzakirələr olmayıb.
AzNews.az