02:54
(077) 610-22-33

Tağı Əhmədov: “Mən “popuqay“ı özümə demişəm“

  • >
428 7 May 2013 10:38 | Cəmiyyət

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov növbəti dəfə jurnalistlərlə insidenti ilə gündəmdədir.

Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının "Gülüstan" sarayında təşkil etdiyi tədbirdə bir qrup jurnalist Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb.

Bu sual isə Metropoliten rəisini özündən çıxarıb. Səsinin tonunu artıran Tağı Əhmədov "nədir, "popuqay"sız, hər məni görəndə bu sualı verirsiniz" deyib.

Tağı Əhmədov baş vermiş hadisə ilə bağlı "Yeni Müsavat"a müsahibə verib. Müsahibəsində Bakı Metropoliteninin rəisi jurnalistləri təhqir etmədiyini bildirib: "Mən "popuqay"ı özümə demişəm. Demişəm ki, "popuqayam eyni şeyləri hər dəfə təkrarlayam?". Özü də popuqay pis quş deyil".

AzNews.az
Bağla X