00:18
(077) 610-22-33

“Sülhə nail olmaq üçün riskə getmək lazımdır“

  • >
378 7 May 2013 14:43 | Cəmiyyət

"İsrail dövləti qurulduqdan bəri keçən on illiklər ərzində bir neçə müharibədə, çoxsaylı hərbi əməliyyatlarda iştirak edib. Bu, kifayət qədər mürəkkəb vəziyyətdir. Çünki bir tərəfdən ölkəmizdə 1,5 nəfər qeyri-yəhudi, nümunəvi vətəndaşımız var, digər tərəfdən bizə düşmən münasibəti bəsləyən dövlətlərlə əhatə olunmuşuq".

APA-nın məlumatına görə, bu fikirləri İsrailin sabiq baş naziri Ehud Barak Bakıda keçirilən Cənubi Qafqaz Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İsraildə yaşayan müəlmanlar bu və ya digər dərəcədə Fələstinə bağlıdır: "İsrailin Fələstinlə münaqişəsi var, bu münaqişəni heç cür həll edə bilmirik. Bill Klintonunu iştirakı ilə görüşlər keçirildi, təəssüf ki, nəticəyə nail ola bilmədik. Həmçinin son Fələstin hökumətinin rəhbəri Mahmud Abbasla da danışıqlar nəticə vermədi. Bizə qonşu ölkələrlə sülh lazımdır. Mən bu münaqişənin dərhal həll olunacağına dair illüziya yaratmaq istəmirəm, lakin inanıram ki, qonşu dövlətlərlə sülhə nail olmaq üçün riskə getmək lazımdır. Fələstinlilərin ehtiyaclarını bilirik, tədricən irəli getmək lazımdır. Ümidvaram ki, bunu etməyə hər iki tərəfin cəsarəti kifayət edəcək. Region və xalq üçün bunun alternativi yoxdur".

AzNews.az
Bağla X