18:19
(077) 610-22-33

Partiya Maliyyə Nazirliyinə etiraz etdi

  • >
344 13 May 2013 15:47 | Cəmiyyət

Vətəndaş və İnkişaf Partiyası (VİP) Ədliyyə Nazirliyinin 2012-ci il üçün maliyyə hesabatı verməyən siyasi partiyaların sırasında göstərilməsinə etiraz edib.

"Qafqazinfo" xəbər verir ki, VİP mətbuat xidməti bu məsələyə aydınlıq gətirmək üçün xüsusi açıqlama yayıb:

"Mediada Ədliyyə Nazirliyinə istinadən, 2012-ci il üçün maliyyə hesabatı verməyən siyasi partiyaların siyahısı dərc olunub. Vətəndaş və İnkişaf Partiyasının (VİP) adının həmin siyahıya daxil edilməsi bizdə təəccüb doğurmaqla yanaşı, indiki halda Maliyyə və Ədliyyə nazirliklərinin timsalında dövlət qurumlarını arasında əlaqəli fəaliyyətin olmadığını bir daha təsdiqləyib.

VİP mətbuat xidməti bəyan edir ki, partiya illik maliyyə hesabatının təqdim olunması üçün müəyyən edilmiş son tarixə qədər (06 may 2013-cü il) 2012-ci il üçün maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim edib və hesabat qəbul olunub. Lakin qeyd olunan səbəbə görə, VİP-in adı maliyyə hesabatını təqdim etməyən partiyaların sırasında göstərilib. Hesab edirik ki, bizim bu açıqlamadan sonra adıçəkilən nazirliklər yol verilmiş yanlışı aradan qaldıracaqlar".

AzNews.az
Bağla X