10:15
(077) 610-22-33

30 yaşlı qadın 5 uşağı ilə evdən qovuldu – Kürdəmirdə

  • >
308 13 May 2013 19:38 | Cəmiyyət

"ATALARI UŞAQLARA ALİMENT VERMİR, BUNA GÖRƏ DƏ..."




Kürdəmir sakini olan 1983-cü il təvəllüdlü Kamilə Rzayeva (ad şərtidir) 5 uşağı ilə bərabər küçələrdə yaşamağa məcbur edilib. Böyüyü 5 yaşında, kiçiyi isə bir neçə aylıq olan körpələri ilə bərabər dini nikahla evləndiyi həyat yoldaşı tərəfindən tərk edilən qadın "Təmiz dünya" İctimai Birliyinə müraciət edib.

Birlikdən AzNews.az-a verilən məlumata görə, rəsmi nikah olmadığından qadının 5 övladının heç birinin doğum haqqında şəhadətnaməsi yoxdur:

"Bununla yanaşı ataları uşaqlara aliment vermir. Buna görə də qadın hazırda çox pis vəziyyətdə yaşamaq məcburiyyətindədir".

20-ci sahədə kirayə ev tutan qadının ev kirayəsi və yemək xərcləri hazırda qonşular tərəfindən ödənilir: "Qadın bu gün 5 uşağı ilə bərabər təşkilata müraciət edib. Sabahdan etibarən uşaqların sənədlərinin hazırlanması ilə məşğul olacağıq. Həmçinin uşaqlara aliment verilməsi üçün məhkəməyə müraciət ediləcək".

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X