15:57
(077) 610-22-33

“Azərbaycan iqtidarı Gürcüstan hakimiyyətinə bir sıra şərt irəli sürüb“

  • >
277 15 May 2013 11:50 | Cəmiyyət

"Müsavat Partiyasının Tiflisdə qurultay keçirəcəyi ilə bağlı iqtidar Gürcüstan hakimiyyəti qarşısında bir sıra şərt irəli sürüb. Bizə bu barədə bəzi kanallardan məlumat verilib".

Bu sözləri Modern.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı partiyanın qurultayı ilə bağlı yer probleimini şərh edərkən bildirib.

"Bizim bildiyimizə görə, Azərbaycan iqtidarı Gürcüstan hakimiyyətinə məsələ barədə bir sıra şərt irəli sürüb. Azərbaycanla Gürcüstan arasında problem olmaması üçün biz də qurultay problemini müvəqqəti olaraq dayandırmışıq"-deyə partiya rəsmisi qeyd edib.

Qanunlara söykəndiklərini deyən G. Aslanlı vurğulayıb ki, buna görə Hacıbala Abutalıbova yer ayrılması üçün müraciət ediblər. "Bakı şəhərinin İcra Hakimiyyəti bizə müvafiq yer ayırmalıdır. Tez-tez Azərbaycanda demokratiya və azadlıq olması barədə hakimiyyət dünyaya mesaj verməkdənsə, bizə qurultayımızı keçirmək üçün şərait yaratsınlar"-deyə partiya rəsmisi müraciət edib.

Başqan müavini qurultayla bağlı BAXCP ilə Müsavat arasında müqayisə aparıb və ittihamlar səsləndirib.

"BAXCP də Bakı Şəhər İcra Hakimiyyətinə öz qurultayları üçün müraciət edib. Onlara da bizə təklif olunan yerlər münasib görülüb. Lakin BAXCP də həmin yerlərdən imtina edib. Bu yaxınlarda BAXCP sədri Qüdrət Həsənquliyevin müsahibəsində bir məqam diqqətimi çəkdi. O qeyd edir ki, qurultay üçün Prezident Administrasiyası ilə razılaşıblar. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycanda hətta hakimiyyətə yaxınlığı ilə seçilən siyasi partiyalar da yer almaq üçün Prezident Administrasiyası ilə razılıq əldə etməlidirlər".

Müsavat funksioneri qurultayın Türkiyədə keçirilməsi ilə bağlı məlumatlara da aydınlıq gətirib. "Hal-hazırda Azərbaycandan başqa hər hansı bir yerdə qurultay keçirilməsi gündəmdə deyil. Bu il prezident seçkisidir. Əgər ölkəmiz demokratikdirsə, hakimiyyətin bizə yer ayırması borcudur".

Müsavat partiyası öz qurultayını keçirmək üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq yer ayrılması üçün müraciət etsə də, məsələ həll olunmamış qalır.

AzNews.az
Bağla X